Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 4 aprel 2023-cü il tarixində saat 10:00-da Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
"APA-Economics" nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Rəşad Nəbiyev vətəndaşları Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 5 aprel 2023-cü il tarixində saat 10:00-da qəbul edəcək.
Qəbula yazılmaq üçün 4 aprel 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.