Bank Of Baku

RİNN və Özbəkistan Nəqliyyat Nazirliyi arasında işçi qrupun ilk iclası keçirilib

RİNN və Özbəkistan Nəqliyyat Nazirliyi arasında işçi qrupun ilk iclası keçirilib
# 14 fevral 2023 11:53 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminovun həmsədrliyi ilə iki ölkə arasında nəqliyyat və tranzit yük daşımaları üzrə birgə işçi qrupunun ilk iclası keçirilib.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, iclasda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən 6 ölkənin (Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan) dəmir yolu qurumlarının iştirakı ilə yaradılmış CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yük daşımaların həcminin artırılması, daşıma şərtlərinin yaxşılaşdırılması və infrastrukturun inkişafı ilə bağlı məsələlər müzakirə edilib və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Orta Dəhlizin tranzit potensialının artırılmasına töhfə verəcək vacib təşəbbüslərdən biri olan Zəngəzur dəhlizinin region ölkələri, ilk növbədə türkdilli ölkələr üçün yeni iqtisadi imkanlar yaratması ilə bağlı qarşı tərəfə məlumat verilib.

Nümayəndə heyəti işgüzar səfər çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-də olub.

Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin səfər çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Bakı Gəmiqayırma Zavodunda da görüşlər keçirməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR