Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Avqust ayından etibarən “Azər-Türk Bank” “Biznes dostu” kampaniyasına start verib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, biznes kreditlərinin yenidən maliyyələşdirilməsi kampaniyasından ölkəmizdə aktiv iş fəaliyyəti, müsbət dövriyyə vəsaiti olan və mənfəətlə fəaliyyət göstərən fərdi sahibkarlar və hüquqi şəxslər yararlana biləcəklər.
Daima inkişaf edən şirkətlərin dəstəklənməsi bankın hər zaman prioritet istiqamətlərindən biridir. Yeni kampaniya vasitəsilə “Biznes dünyasının” aktiv üzvləri digər banklardakı kredit borclarını daha sərfəli şərtlər və faizlərlə yenidən maliyyələşdirmək imkanı qazanacaqlar.
Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya və ya rəsmi internet səhifəmizdən məlumat ala bilərsiniz (http://www.azerturkbank.biz/FriendofBusiness.html ).
“Azər-Türk Bank” 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır.