Bank Of Baku

“Astana Ekspo-2017”də Azərbaycanın milli stendi ən çox ziyarət edilən pavilyonların ilk beşliyinə daxil olub

“Astana Ekspo-2017”də Azərbaycanın milli stendi ən çox ziyarət edilən pavilyonların ilk beşliyinə daxil olub
# 21 avqust 2017 11:34 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Astana Ekspo-2017” beynəlxalq sərgidə Azərbaycan stendi ən çox ziyarət edilən pavilyonların ilk beşliyinə daxil olub.

 

APA-Economics”in “Srutnik Qazaxıstan” agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq sərginin başladığı vaxtdan, yəni iyunun 10-dan bu günə qədər “Astana Ekspo-2017”-ni ümumilikdə 2 mln. 779 min 820 nəfər ziyarətçi ziyarət edib.

 

Təkcə avqustun 14-dən 20-dək beynəlxalq sərgiyə 345 min 445 nəfər təşrif buyurub. Gündəlik olaraq isə orta hesabla “Astana Ekspo-2017” sərgisinə 49 min 349 min nəfər gəlib.

 

“Astana Ekspo-2017” sərgisinin başladığı gündən avqustun 20-dək isə sərginin bütün obyektlərini ümumilikdə 22 mln. 113 min 603 nəfər olub. Beynəlxalq pavilyonu isə bu müddət ərzində ümumilikdə 19 mln. 438 min 248, sərginin obyektlərini isə 2 mln. 675 min 415 nəfər təşkil edib.

 

Beynəlxalq sərgidə daha çox Plaza Afrika pavilyonu ziyarət edilib. Ziyarətçi sayına görə, ilk beşliyə Misir, Türkiyə, Tailand və Azərbaycan da daxil olub. Sonrakı yerlərdə Hindistan, Rusiya, Özbəkistan, Yaponiya və Birləşmiş Səudiyyə Krallığının pavilyonları qərarlaşıb.

 

Qeyd edək ki, “Astana Ekspo-2017” beynəlxalq sərgi sentyabrın 10-da yekunlaşacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR