Bank Of Baku

“Azerbaijan Art Festival - 2014” uğurla başa çatıb

“Azerbaijan Art Festival - 2014” uğurla başa çatıb
# 04 avqust 2014 13:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərfon” şirkətinin (“Nar Mobile” ticarət markası) sponsorluğu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə iyulun 2-dən 30-dək keçirilən və Azərbaycanın 10 şəhər və rayonunu əhatə edən “Azerbaijan Art Festival - 2014” incəsənət festivalı layihəsi uğurla başa çatıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bir aya yaxın bir müddət ərzində ölkənin müxtəlif bölgələrində keçirilən sərgilərdə gənc rəssam və heykəltəraşların əsərləri nümayiş etdirilib, o cümlədən yaradıcı potensialı olan gənclər üçün ustad dərsləri təşkil edilib.

 

İyul ayının 30-da Bakı Biznes Mərkəzində festivala yekun vurulub, onun nəticələri barədə ictimaiyyətə geniş məlumat verilib.

 

Xatırladaq ki, ötən ilin yay aylarında “Nar Mobile” mobil operatoru və Bakı Yaradıcılıq Mərkəzi eyni təşəbbüslə çıxış edib, “Azerbaijan Art Festival” incəsənət festivalını ölkənin 11 bölgəsini əhatə edən geniş bir coğrafiyada uğurla başa vurublar. Bu il də səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilik və marağı artırılıb, yaradıcı potensialı olan gənclər üzə çıxarıldı, maraqlı rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR