Bank Of Baku

“AzerGold” bu il Ortakənd-Xanağa sahəsində buruq-qazma işlərinə başlayacaq

“AzerGold” bu il Ortakənd-Xanağa sahəsində buruq-qazma işlərinə başlayacaq
# 21 fevral 2018 08:12 (UTC +04:00)

Fevralın 20-də “AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Muxtar Respublikanın iqtisadiyyat nazirliyinin təşkil etdiyi tədbir çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər.

 

Təqdimatda Ortakənd-Xanağa sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizi yataqlarının resursları bazasında dağ-mədən komplekslərinin yaradılması perspektivlərinin araşdırılmasını və planlaşdırılan istismar öncəsi geoloji-kəşfiyyat işlərini əhatə edən işçi proqram haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.

 

“AzerGold” QSC 2017-ci ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi nəzərdə tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR