Bank Of Baku

“AzerGold” Gəncədə keçirilən əmək yarmarkasında iştirak edib

“AzerGold” Gəncədə keçirilən əmək yarmarkasında iştirak edib
# 24 noyabr 2017 08:27 (UTC +04:00)

23 noyabr tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Texnologiya Universitetinin Gəncə şəhərində təşkil etdiyi “Məzun” əmək yarmarkasında iştirak edib.

 

Səhmdar Cəmiyyətin nümayəndələri sahibkarlığın inkişafı, məşğulluğun təmin olunması, respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən istehsalat və xidmət sahələrinin tanıdılması, yüksək elmi potensiala malik kadrların seçilməsi məqsədi ilə keçirilən yarmarkaya qatılaraq, tələbələrə QSC-də mövcud karyera imkanları, hazırkı və planlaşdırılan vakansiyalar, təcrübə proqramları haqqında geniş məlumat verib. “AzerGold” QSC-nin fəaliyyəti və təklif etdiyi imkanlar tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, QSC gənc və istedadlı kadrların cəlb edilməsi və inkişafına böyük önəm verir. Belə ki, “AzerGold” QSC-nin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə (AZMİU) imzaladığı əməkdaşlıq memorandumları dağ-mədən sahəsində ixtisaslaşmış kadrların hazırlanmasını, tələbələr üçün təlimlərin və təcrübə proqramlarının keçirilməsini, məzunların gələcəkdə “AzerGold”-da işlə təmin olunmasını nəzərdə tutur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR