“Azergold” QSC kəşfiyyat buruq qazma işlərinin satın alınması ilə bağlı tender elan edib.
“APA-Economics” xəbər verir ki, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 3 aprel, saat 15:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş, imzalanmış və ikiqat zərfdə olmaqla 2 nüsxədə (əsli və surəti) 13 aprel, saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanına təqdim etməlidirlər.
Tender üzrə təklif zərflərinin açılışı 16 aprel, 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcək.