Bank Of Baku

“Azərkosmos” Əfqanıstanın televiziya yayımı bazarına daxil olub

“Azərkosmos” Əfqanıstanın televiziya yayımı bazarına daxil olub
# 07 avqust 2014 08:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərkosmos” ASC Əfqanıstanın Payvastun Media Kommunikasiya (APMC) şirkəti ilə Batur TV-nin “Azərspace-1” üzərindən açıq yayımı və ilə bağlı müqavilə imzalayıb.

 

“Azərkosmos”dan “APA-Economics”ə verilən məlumata görə, Batur TV milli peykimiz üzərindən yayımlanacaq ilk əfqan telekanalıdır.

 

İmzalama zamanı APMC-nin prezidenti Masud Ameri “Azərkosmos” komandasının müqaviləyə hazırlıq mərhələsində göstərdiyi həvəs və peşəkarlığı yüksək qiymətləndirib.

 

APMC şirkəti “Azərkosmos”la əməkdaşlığa ilk dəfə bu il Əfqanıstanda keçirilən prezident seçkiləri zamanı qısamüddətli tutum istifadəsi xidmətində istifadə etməklə başlayıb. “Azərkosmos”un göstərdiyi xidmətdən razı qalan şirkət daha uzunmüddətli müqavilə imzalamaq qərarına gəlib.

 

M. Ameri “Azərkosmos”la digər Əfqanıstan telekanallarının da “Azərspace-1” peyki üzərindən yayımlanması və Azərbaycan və Əfqanıstan arasında peyk kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin perspektivlərini müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR