“Azərkosmos” ASC cari ildə Gürcüstanda icra hərəkətlərinin yerinə yetirilməsi üçün hüquq xidmətinin satınalınması məqsədilə kotirovka sorğusu keçirir.
“APA-Economics” xəbər verir ki, kotirovka təklifləri “Azərkosmos” ASC-yə 19 fevral 2018-ci il saat 18:00-a qədər təqdim olunmalıdır.
Təkliflər paketi 20 fevral 2018-ci il saat 12:00-da qeyd olunan ünvanda açılacaq.