Bank Of Baku

“Azerspace-2” peyki aprel ayında orbitə çıxarılacaq

“Azerspace-2” peyki aprel ayında orbitə çıxarılacaq
# 10 yanvar 2018 19:01 (UTC +04:00)

 “Biznesin davamlılğını təmin edəcək “Azerspace-2” peykinin orbitə çıxarılması məqsədilə  peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir”.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos” ASC-nin sədri  Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, “Azerspace-2” peykinin aprel  ayında orbitə çıxarılması nəzərdə tutulur.

 

“Azerspace-2” hazırkı əhatə dairəsini genişləndirəcək, bu da bizə müştərilərimizə daha etibarlı xidmət göstərmək imkanı  verəcək. Qeyd edim ki, “Azerspace-2” peyki orbitə buraxılmamış tutumların 46%-i artıq satılıb”, -deyə R.Nəbiyev vurğulayıb.

 

O bildirib ki, “Azersky”peyki üzrə əldə olunan  gəlirlərin 98%-i xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2020-ci illərdə yerin peyk vasitəsi ilə məsafədən  müşahidəsi xidmətinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb: “Dövlət qurumlarında bu xidmətdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi sözügedən proqramın hazırlanmasını  zəruri edib. Hesab edirik ki, dövlət proqramının qəbul olunması növbəti  5 ildə məsafədən idarə olunma xidmətinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsi ilə dövlət idarəetməsinin effektliyini artırar və bu sahə üzrə elmi-tədiqat və ixrac potensialını yüksəltmiş olar”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR