Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin ikinci rübündə “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 35 min və ya 2,7% artıb.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyulun 1-nə 1 282 146 abunəçi içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 235 683-ü və ya 96,3%-i əhali, 46 463-ü və ya 3,6%-i isə qeyri-əhali qrupu abunəçiləridir.
Bu ilin aprel, may və iyun ayları ərzində əhali qrupu abunəçilərinin sayı 2,5%, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 10% artıb.
Bu ilin iyulun 1-nə “Azərsu” ASC-nin sayğacla təmin olunmuş abunəçilərinin sayı 714 510-a çataraq sayğaclaşma səviyyəsi 55,6% təşkil edib. Hazırda əhali qrupu abunəçilərinin 54,6%-i, qeyri-əhali qrupu abunəçilərinin isə 82,2%-i sayğaclarla təmin olunub.