Bank Of Baku

“Bakı Metropoliteni”nin nizamnamə kapitalı 2,6 mlrd. manata çatdırılıb

“Bakı Metropoliteni”nin nizamnamə kapitalı 2,6 mlrd. manata çatdırılıb
# 19 dekabr 2017 22:01 (UTC +04:00)

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnamə kapitalı artırılıb.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

 

Hazırda “Bakı Metropoliteni” QSC-nin Nizamnamə kapitalı 1  milyard 770 milyon  950 min  768 manat 2 qəpikdir, onun səhmlərinin nominal dəyərindən təşkil olunub və nominal dəyəri 14 manat  14 qəpik olan 125 milyon 244 min 43 ədəd adi səhmdən ibarətdir. Dəyişikliyə əsasən Cəmiyyətin Nizamnamə kapitalı artırılaraq 2 milyard 580 milyon 638 min 397 min 20 qəpiyə,  səhmlərinin sayı 182 milyon 506 min 251 ədədə çatdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR