Bakı. Ramiz Mikayıloğlu - APA. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) strukturuna Cəmiyyətin Aparatı, törəmə müəssisələri və tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar daxildir.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı Metropoliteni” QSC-nin strukturunun təsdiqlənməsi barədə verdiyi qərarda əksini tapıb.
“Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələrinin siyahısında 1 saylı Tunel Tikinti İdarəsi, 2 saylı Tunel Tikinti İdarəsi, 3 saylı Tunel Tikinti İdarəsi, Xüsusi Tamamlama İşlər İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Dəmir Beton Konstruksiyalar Zavodu, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, “Bakımetrolayihə” İnstitutu, Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi daxildir. “Bakı Metropoliteni” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların siyahısında isə Hərəkət, Yol, Tunel Qurğuları, Elektrik Təchizatı, İşarəvermə və Rabitə, Elektromexanika, Əsaslı Təmir və Avtomotonəqliyyat xidmətləri, Depolar üzrə iş Departamenti, Birləşmiş emalatxanalar, “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzi yer alıb.