Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin oktyabr ayından başlayaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) işçi qrupu bütün dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin monitorinqini aparır.
MHM-dən “APA-Economics”ə verilən məlumata görə, monitorinqlər zamanı məlumat bazaları, onların imkanları öyrənilir.
Sonda nəticələr yekunlaşdırılaraq “Elektron hökumət” portalı üçün konkret təkliflər hazırlanacaq.