Bakı. Aynur Əliyeva - APA-Economics. “Fitch Ratings" beynəlxalq reytinq agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin uzunmüddətli defolt emitenti reytinqini “BBB-” səviyyəsində, “sabit” proqnozla təsdiqləyib.
“Fitch Raitings”-dən “APA-Economics”ə verilən məlumata görə, QSC-nin reytinqi əvvəlki kimi şirkətin yeganə səhmdarı olan Azərbaycan hökumətinin reytinqi ilə eyni səviyyədədir.
Agentlik tarif əmələgətirmə, əsaslı yatırımların planlaşdırılması, maliyyə, biznes-strategiyalar və maliyyələşdirmədə hökumətin iştirakına görə əsas və törəmə strukturların əməliyyat əlaqələrini güclü kimi qiymətləndirir.
“Fitch Raitings” QSC-nin yaxın gələcəkdə dövlətin 100%-lik mülkiyyəti olaraq qalacağını gözləyir.
Lakin agentlik şirkətin borcunun dövlət zəmanətinə malik olmadığını qeyd edir: “QSC-nin 2014-2017-ci illər üzrə 1,4 mlrd. manat həcmində bu investisiya proqramı 2010-cu ildə ölkənin Nəqliyyat Nazirliyi tərəfindən irəli sürülüb. Azərbaycan hökuməti investisiya proqramının əhəmiyyətli hissəsini QSC-yə dövlət tərəfindən borc vermək (390 mln. manat) formasında kreditlər və şirkətin kapitalına ödəmələr vasitəsilə maliyyələşdirməyi davam etdirir. Yerdə qalan hissə isə gözlənildiyi kimi, QSC-nin pul axınları hesabına maliyyələşdiriləcək. Biz buna dövlətin mövcud dəstəyinin sübutunun davam etdirilməsi kimi baxırıq. Güman edilən maliyyələşdirmə şərtlərinin dəyişəcəyi halda “Fitch” QSC üçün dövlət dəstəyini dərəcəsinə öz qiymətləndirməsinə yenidən baxa bilər”.
Agentliyin analitikləri qeyd edirlər ki, ötən il səhmdar cəmiyyətin gəliri hesabata görə, onda əvvəlki ilə nisbətən 5,7% artıb və 534 mln. manat olub.
“Şirkətin əsas fəaliyyətdən mənfəətin göstəricisi (EBITDA) 235 mln. manat çatıb ki, bu da 2012-ci ildəki 41% ilə müqayisədə EBITDA-nin 44%-lik həddini şərtləndirir. Yük daşımalarında gəlir əsas yeri tutmaqda davam edir və 360 mln. manat səviyyəsində olan bütün gəlirin 67%-ə yaxınını təşkil edir. Biz 2015-ci ildə Bakıdan İstanbula, daha sonra isə Avropaya daşınmaların həyata keçirilməsinə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasından sonra dəmir yol daşımalarının həcminin artacağını gözləyirik”, - deyə agentliyin məlumatında qeyd edilir.