Bank Of Baku

“Kiş alban məbədi”nə aparan avtomobil yolunun tikintisinə 1 milyon manat ayrılıb

“Kiş alban məbədi”nə aparan avtomobil yolunun tikintisinə 1 milyon manat ayrılıb
# 27 sentyabr 2017 15:49 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Şəki rayonunun Kiş kəndindəki “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR