Bank Of Baku

“Mən Azərbaycanlıyam” yarışmasının qalibləri mükafatlandırılıb - FOTO

“Mən Azərbaycanlıyam” yarışmasının qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 07 avqust 2013 13:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan “Azerfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) iyunun 1-dən dekabrın 1-dək Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunan “Mən Azərbaycanlıyam” online bilik yarışması çərçivəsində müsabiqənin avqustun 1-i tarixinə olan statistikasını açıqlayıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə 29 115 iştirakçı yarışmada iştirak üçün qeydiyyatdan keçib. Onların 66%-i kişi istifadəçiləri, 34%-i isə  qadın istifadəçilərdir. Artıq növbəti ongünlüyün (21-30 iyul) və iyul ayın qalibləri müəyyənləşdirilib.

 

Ongünlükdə Vüsal İsgəndərov, Ceyhun Cariyev, Eldəniz Elirzayev, Könül Məhərrəmova, Arzu Eldarova, Ofeliya Babayeva, Lalə Sabili, Xalid Nağıyev, Süleyman Rəsulov və Ağaəli Məmmədov qalib gəliblər.

 

Super finalın qalibi İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaradılmış İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı ödənilə bilər.

 

Qeyd edək ki, yarışmada www.azerbaycanliyam.az veb-saytı və “Facebook” səhifəsi vasitəsilə iştirak etmək mümkündür. Hər 10 gündən bir ilk onluğa düşən iştirakçıların hər birinə netbuk, ilk yüzlüyə düşənlərə isə mobil operatorların 10 manatlıq ödəmə kartları təqdim olunacaq. Ayın qaliblərinə “iPhone” və “iPad”, super finalın qaliblərinə pul mükafatları veriləcək. «Nar Mobile» sözügedən bilik yarışmasına dəstək verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR