Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Nar Mobile” mobil operatoru yeni stimullaşdırıcı lotereyaya start verib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, lotereya bu ilin sentyabrın 23-dən 2014-cü il yanvarın 8-dək keçiriləcək. Viktorinada gündəlik olaraq 100 manat, həftəlik 500 manat, aylıq 5 min manat nağd pul və final uduşu qismində 1 ədəd “Volkswagen Tiguan” markali avtomobil oynanılacaq.
Lotereyada iştirak etmək istəyənlər SHANS sözünü yazaraq 7500 nömrəsinə göndərməlidir (1 SMS-ın qiyməti 0,69 manat). Qeydiyyatdan keçənlər 100 bonus xalı qazanacaq.
Daha sonra viktorina iştirakçılarına hər gün SMS vasitəsilə müsabiqə sualları göndəriləcək. Cavabı SMS şəklində yazıb 7500 nömrəsinə göndərə və xal toplaya bilər. Doğru cavab 20 xal və ya daha artıq, yanlış cavab 10 xalla qiymətləndirilir.
Viktorina iştirakçısı bundan daha çox xal istədiyi halda, həftəlik abunə olub və əlavə olaraq hər həftə 140 xal qazana bilər.