Bank Of Baku

“Təmiz Şəhər” əcnəbilər üçün məlumat turu təşkil edib

“Təmiz Şəhər” əcnəbilər üçün məlumat turu təşkil edib
# 12 iyul 2013 14:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün “Təmiz Şəhər” ASC tərəfindən ABŞ, İtaliya, Polşa, Türkiyə, Rumıniya, İsrail, Xorvatiya, Rusiya, Özbəkistan, Macarıstan, Cənubi Afrika Respublikası, Belçika, Estoniya və Hindistandan olan iştirakçıları tullantıdan enerji alınması prosesi və zavodun fəaliyyəti ilə əyani olaraq tanış etmək məqsədilə məlumat turu təşkil olunub.

 

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, Azərbaycan Diplomatik Akademiyasının Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən keçirilən Bakı Yay Enerji Məktəbinin enerji və ətraf mühit mövzusuna həsr olunmuş 7-ci günündə baş tutub.

 

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qonaqlara ölkədə tullantıların idarə olunması sahəsində görülmüş işlər, cəmiyyətin fəaliyyəti haqqında geniş məlumat verib. O, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri zavod olduğunu bildirib. Zavod haqqında film nümayiş etdirildikdən sonra iştirakçılar idarəetmə otağından əyani olaraq tullantıların yandırılması prosesini izləyib, onlara müəssisənin iş mexanizmi izah edilib və qonaqları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, “Təmiz Şəhər” ASC tullantıların idarə olunması sahəsində əldə olunmuş nailiyyətlər haqqında əhalinin məlumatlandırılması məqsədilə Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turlarını davam etdirəcək. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya +99 412 464 41 11 telefonu ilə əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR