Bank Of Baku

«Azercell»: Mobil Nömrələrin Daşınması Sistemini tətbiqinə tam hazırıq

«Azercell»: Mobil Nömrələrin Daşınması Sistemini tətbiqinə tam hazırıq
# 06 avqust 2013 14:56 (UTC +04:00)

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell Telekom» ölkədə MNP xidmətinin tətbiqi layihəsində əhəmiyyətli dəstəyini göstərib: «Layihənin uğurlu tətbiqi üçün müxtəlif sınaqlar aparan «Azercell» şirkəti artıq uzun müddətdir ki, MNP xidmətlərinin həyata keçirilməsi üçün tam texniki hazırlıq vəziyyətindədir. Bu layihənin gerçəkləşməsi bütün aidiyyəti tərəfdaşlardan asılı olduğundan, bütün əlaqəli tərəflərin son yoxlamaları aparıldıqdan sonra layihə tam olaraq həyata keçiriləcək. MNG xidməti yalnız bir mobil operator tərəfindən müstəqil şəkildə tətbiq edilə bilməz. Layihə yalnız o zaman başlanmış hesab edilə bilər ki, ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar bu sistemə keçid əldə edə bilsinlər. Hazırda layihənin tətbiqi bütün səviyyədə son yoxlamalar mərhələsindədir və ümid edirik ki, abunəçilər bu sistemdən tezliklə faydalana biləcək».

 

Qeyd edək ki, avqustun 1-dən etibarən Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti sözügedən xidmətin istifadəyə verilməsini elan edib. Öz növbəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarını MNP sisteminin tətbiqini ləngitdiyini bildirib və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən nazirliyə maddi ziyan vurulduğundan, mobil operatorlara növbəti xəbərdarlıq edib. Nazirlik dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başladığını bəyan edib.

 

Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda, yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR