Bank Of Baku

«İpək Yolu» nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük daşınması 3%, sərnişin daşınması isə 7% artıb

«İpək Yolu» nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük daşınması 3%, sərnişin daşınması isə 7% artıb
# 14 avqust 2013 09:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin yanvar-iyun aylarında «İpək Yolu» nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan ərazisində 29 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1% çox yük, 138,7 mln. nəfər və ya 7,3% çox sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 45,7%-i avtomobil, 36,3%-i dəmir yolu, 18%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 6,5%, dəmir yolu nəqliyyatında 1,9% artım qeydə alınıb.

 

“Dəhliz vasitəsilə daşınmış yüklərin 25,8%-i və ya 7,5 mln. tonunu tranzit yüklər təşkil edib. Yük daşımaları fəaliyyətindən 226,3 mln. manat, sərnişin daşınmasından isə 46,5 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 5,9% və 14,5% artıb”, - deyə Komitədən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR