Bank Of Baku

«Nokia» ən iri smartfonunu təqdim edib

«Nokia» ən iri smartfonunu təqdim edib
# 26 iyul 2013 12:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Nokia» şirkəti özünün ən böyük smartfonu olan «Lumia 625»i təqdim edib. Böyük ekrana malik olan yeni smartfon LTE xidmətini də dəstəkləyir. «Mobitel» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Lumia 625» smartfonunun fərqli cəhəti 4,7 düyüm diaqonallı ekranıdır.

 

Qeyd edək ki, indiyədək «Nokia»nın belə böyük cihazları olmayıb. «Gorilla Glass 2» şüşəsi ilə təmin olunmuş 4,7-düyümlük IPS-displey 800x480 piksel həllinə malikdir. «Nokia»nın son modellərində olduğu kimi, «Lumia 625» də yüksək həssaslığı olan ekranla təmin edilib (ekran əlcək və dırnaq toxunuşlarını da qəbul edir) və günəşdə əla oxunur.

 

Bundan başqa, «Nokia Lumia 625» ikinüvəli «Qualcomm Snapdragon S4 MSM8930» prosessoruna malikdir. Prosessorun takt tezliyi 1,2 QQs, operativ yaddaşı 512 MB, qurulmuş yaddaşı 8 QB-dır. Qurulmuş yaddaş micro-SD vasitəsilə daha 64 QB, «SkyDrive» vasitəsilə isə daha 7 QB artırıla bilər.

 

Smartfonun digər xarakteristikalarına iki kamera daxildir - əsas kamera 5 meqapikselli, işıqlanma, Smart Camera rejimi və Full HD video yazmaq imkanına malikdir, qarşı kamera isə 0,3 meqapiksellidir. «Lumia 625» naqilsiz modullar dəstinə (GPS/QLONASS, Wi-Fi, Bluetooth 4.0) də malikdir. Smartfonun akkumulyatorunun tutumu gözləmə rejimində 23 gün, danışıq rejimində isə 15,2 saat işləməyə imkan verir ki, bu da yüksək göstəricidir.

 

«Nokia Lumia 625»in ölçüləri 133,25x72,25x9,15 mm, çəkisi 159 qramdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR