Bank Of Baku

Azərbaycan milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı layihə yekunlaşıb

 Azərbaycan milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı layihə yekunlaşıb
# 24 noyabr 2017 07:34 (UTC +04:00)

"Avropa İttifaqı ilə birgə həyata keçirdiyimiz Tvininq layihəsi uğurlu və faydalı olub".

 

APA-Economics" xəbər verir ki, bunu "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsinin yekunlaşması ilə bağlı konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

 

Onun sözlərinə görə, bu, komitənin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi ikinci Tvinninq layihəsidir. "Layihənin məqsədi Azərbaycan milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasıdır. İki il davam edən proses nəticəsində Avropa İttifaqı ölkələrinin onlarla eksperti Azərbaycana səfər edib, əməkdaşlarımızla birgə çalışıb. Eyni zamanda, 50-dən çox əməkdaşımız da Avropa İttifaqı ölkələrinə ezam olunub, təcrübə keçərək əldə etdikləri bilikləri əyani şəkildə tətbiq ediblər. Burada əsas komponent keyfiyyətin idarəedilməsi sistemlərinin tətbiq edilməsi, turizm statistikasının inkişafı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı statistikanın inkişaf etdirilməsi ilə bağlı əməkdaşlığın həyata keçirilməsidir", - deyə T. Budaqov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR