Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 7% artıb

 Azərbaycanda əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 7% artıb
# 26 avqust 2013 11:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda informasiya və rabitə sektorunda bu ilin yanvar-iyul aylarında təsərrüfat subyektlərinə və əhaliyə 845,5 mln. manatlıq xidmət göstərilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə xidmət göstəricisi 6,9% artıb. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3% təşkil edib.

 

Qeyd edək ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 59,4%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 8,5% artaraq 502 mln. manat təşkil edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR