Bu ilin iyunun 11-də “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, ümumi yığıncaqda gündəliyinin, cəmiyyətin illik hesabatının təsdiq edilməsi və cari məsələlər müzakirə olunacaq.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı ASC-nin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllədə cəmiyyətin inzibati binasında əldə etmək olar.