Bank Of Baku

"Azercell" "ASAN İmza"ya yenidən qoşulma üçün tələb olunan ödənişi nəzərdən keçirə bilər

"Azercell" "ASAN İmza"ya yenidən qoşulma üçün tələb olunan ödənişi nəzərdən keçirə bilər
# 06 dekabr 2017 10:36 (UTC +04:00)

"Azercell Telekom" MMC "ASAN İmza" xidmətinə 3 illik istifadədən sonra yenidən qoşulma üçün tələb olunan ödəniş məsələsinə yenidən baxa bilər".

 

"APA-Economics" xəbər verir ki, bunu "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib.


Onun sözlərinə görə, "ASAN İmza" dövlət layihəsi olduğundan bu məsələ yalnız "Azercell"in qərarına bağlı deyil: "Bunları nəzərə alaraq, əlaqədar qurumlarla 3 ildən sonra yenidən tələb olunan ödəniş məsələsini bir daha müzakirə edə bilərik. Əgər orada nə ilə isə bağlı hər hansı tələb yoxdursa, mütləq o məsələni nəzərə alacağıq və bu məsələ ilə bağlı nə edilməsi mümkündürsə, bunu mütləq edəcəyik".


Qeyd edək ki, 2015-ci ilin yanvarın 1-dən etibarən bütün "ASAN İmza" istifadəçi qrupları üzrə (vətəndaşlar - fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) xidmətə qoşulma haqqı 18 manat, aylıq abunə haqqı 1 manat, göndərilən 1 SMS-in qiyməti isə 0,03 manatdır. Xidmət haqqı 3 il müddət üçün nəzərdə tutulub. 3 ildən sonra xidməti yenidən aktiv etmək lazım olduqda yenidən bu məbləği ödəmək tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR