"Bakcell" abunəçilərinə müraciət edib.
"APA-Economics" xəbər verir ki, müraciətdə deyilir: "2017-ci ilin sentyabr ayına qədər istənilən "Klass" tarifinə qoşulmuş "Bakcell" abunəçilərinə xoş xəbər! Bundan sonra aylıq abunə haqqını ödəməyən bütün “Klass” abunəçiləri üçün ölkə daxilində zənglərin 1 dəqiqəsinin qiyməti 8 qəpik, SMS-in qiyməti 6 qəpik, 1 MB internet trafikin qiyməti isə 35 qəpik təşkil edəcək".
Bildirilir ki, bu zaman müvafiq paketlərin qiymətində heç bir dəyişiklik edilməyib və paket daxilində təqdim olunan trafikin həcmi bəzi tarif planları üzrə 3 dəfəyədək artırılıb. Bundan əlavə, əvvəllər pulsuz "WhatsApp"dan faydalanmaq fürsətinə malik olmayan "Klass" abunəçilərinə də bu imkan təqdim ediləcək.