Bank Of Baku

Bakının mərkəzindən Biləcəri stansiyasına qədər dəmir yolu təmir olunacaq

 Bakının mərkəzindən Biləcəri stansiyasına qədər dəmir yolu təmir olunacaq
# 15 iyul 2013 12:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində «Bakı-Sərnişin» stansiyasında təmir işlərinə başlanılıb. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

 

Onun sözlərinə görə, yolun Bakı-Sərnişin» stansiyasından Biləcəri qəsəbəsinə qədər olan hissəsi təmir olunacaq. Burada 740 metrədək yol təzələnəcək, 7 yol isə yenisi ilə əvəz olunacaq.

 

N.Əzməmmədov bildirib ki, Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik  dəmir yolunun əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 251,2 km yol əsaslı təmir olunub, bunun da 178 km-nin 800 metrlik uzun ölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatdırılıb.

 

«Azərbaycan Dəmir Yolları» QSC-nin İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik  istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR