Bank Of Baku

® “Mətanət A” şirkətinin “Yay təcrübə proqramı” başa çatıb

<font color=red>® </font>  “Mətanət A” şirkətinin  “Yay təcrübə proqramı” başa çatıb
# 22 avqust 2017 12:21 (UTC +04:00)

22 avqust tarixində “Mətanət A” şirkətinin  Korporativ Sosial  Məsuliyyət strategiyasına  uyğun olaraq Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbələri üçün həyata keçirdiyi “Yay Təcrübə Proqramı” uğurla başa çatıb və tələbələrə sertifikatların təqdim olunma mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən şirkətin İnsan Resursları Departamentinin direktoru Zemfira Əliyeva tələbələrin təcrübə müddətində verilən tapşırıqların icrasına məsuliyyətlə yanaşdıqlarını, həmçinin onların özlərini texniki və peşəkar bacarıqları artırmaq istiqamətində yüksək səylə çalışan və əzmkar tələbə kimi nümayiş etdirdiklərini diqqətə çatdırıb. 

Tələbələr də öz növbəsində “Mətanət A” şirkətinə onlar üçün yaradılan yüksək şəraitə görə təşəkkürlərini bildirib və təcrübə müddətində əldə etdikləri  bilik və bacarıqların gələcək həyatlarında və karyeralarında müstəsna rol  oynayacağını vurğulayıblar.

 

Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır.

 

“Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə, 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.

Daha ətraflı: *3030 Çağrı Mərkəzi

 

www.matanata.com    

www.facebook.com/MatanatA.company    

www.youtube.com/MatanatAcompany     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR