® “Mobiltel” şirkəti “Ascend P6” smartfonunu Azərbaycan bazarına çıxarır - FOTO

<font color=red>® </font>“Mobiltel” şirkəti “Ascend P6” smartfonunu Azərbaycan bazarına çıxarır - <span style="color: red;">FOTO
# 24 sentyabr 2013 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünyanın ən iri mobil telefon istehsalçılarından olan “Nokia” şirkəti ilə uzun illər boyu uğurla əməkdaşlıq etmiş Azərbaycanın “Mobitel” şirkəti “Huawei” şirkətinin eksklüziv tərəfdaşı seçilib.

“Mobitel” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, təcrübəli yerli tərəfdaş seçməklə “Huawei” şirkəti Azərbaycanda həyata keçirəcəyi fəaliyyətlərin ciddiliyini göstərib. “Ascend P6” smartfonunu bazara çıxarmaqla “Huawei” şirkəti Azərbaycanın mobil cihazlar bazarının əhatə olunması istiqamətində genişmiqyaslı fəaliyyətlərə başlayır.

“Huawei” şirkəti 100-dən çox ölkədə filialları olan dünyanın ən iri texnoloji şirkətlərindən biridir. Hər il şirkət yüksək texnologiyalar sahəsində elmi tədqiqatlara 1,2 mlrd. ABŞ dollarından çox vəsait xərcləyir. “Huawei” yüksək texnologiyalar sahəsində patentlərin sayına görə dünya liderlərindən biridir.

Son illər ərzində şirkət “Huawei” brendi altında smartfonların satış həcmini uğurla artıra bilib. Bu ilin 4-cü rübündə “Huawei” öz göstəricilərini ötən ilin analoji dövrü ilə müqayisədə artırmağı planlaşdırır. İDC-nin məlumatlarına görə, 2012-ci ilin oktyabr-dekabr aylarında satılmış smartfonların sayına (10,8 mln. ədəd) görə “Huawei” şirkəti “Apple” və “Samsung”dan sonra üçüncü yeri tutub. “Huawei” şirkətinin üstünlüklərindən biri bütün istehsalat siklinin məhz şirkətin öz müəssisələrində həyata keçirilməsidir. Belə ki, şirkət komponentlərin keyfiyyətinə tam olaraq nəzarət edə bilir.

Təqdim edilən “Ascend P6” smartfonunun eni 6,18 mm təşkil edir. Korpus tutqun rəngli metaldan hazırlanmışdır. Azərbaycanda tövsiyə edilmiş qiymət 400-420 manat təşkil edir. “Ascenxd P6” dörd-nüvəli prosesor və 4,7-düymlük ekran ilə təchiz edilib.

Smartfondan hətta əlcəkdə istifadə etmək mümkündür. Əsas kamerası 8 meqapiksel olan telefon Full HD formatında video çəkilişi dəstəkləyir. Daxili yaddaşdan başqa microSD yaddaş karlarından da istifadə etmək olar. “Ascend P6” müasir Android 4.2.2 (Jelly Bean) əməliyyat sistemi ilə çalışır.

Telefonda quraşdırılmış proqramlar dəstinə digər smartfonlara, noutbuklara və televizora kontentin ötürülməsi üçün nəzərdə tutulan MediaQ proqramı, həmçinin cihazda olan bütün məlumatların ehtiyat nüsxəsini yaratmağa imkan verən Cloud+ “bulud” xidmətinə giriş üçün nəzərdə tutulmuş müvafiq proqram daxildir. “Smart Reading” funksiyası isə istifadəçinin seçdiyi istənilən söz üzrə internetdən (məsələn, Wikipedia-dan) axtarış edib məlumat təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR