Bank Of Baku

® Azərbaycanda 2015-ci ildən sıfır tullantılı “Azerbaijan Fibro Cement” zavodu fəaliyyətə başlayacaq

<font color=red>® </font>Azərbaycanda 2015-ci ildən sıfır tullantılı “Azerbaijan Fibro Cement” zavodu fəaliyyətə başlayacaq
# 19 avqust 2014 08:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Synergy Group”un yeni layihəsi “Azerbaijan Fibro Cement” (AFC) zavodunda Avstriya texnologiyalarına əsaslanan sıfır tullantılı istehsal xətti qurulacaq.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müəssisədə müxtəlif rənglərdə və çeşiddə fasad və dam örtükləri, daxili arakəsmələr, döşəmə üçün nəzərdə tutulmuş fibro sement lövhələri (lifli sement lövhələri) istehsal ediləcək. Fibro sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır.

 

AFC-nin təklif etdiyi məhsul Azərbaycanın inşaat bazarında bir neçə suala innovativ həll təqdim edəcək.

 

Regionlarda əksər fərdi yaşayış evlərinin və binaların dam örtükləri insan sağlamlığı üçün ziyanlı olan azbestdəndir. Bəs azbest şiferlər hansı tərkibli material ilə əvəzlənə bilər? Biz məhz o suala cavab veririk. Başqa təkliflər də var, amma bizim istehsal edəcəyimiz dam örtüyünün xüsusiyyətləri daha fərqlidir. Bizim əsas məqsədimiz əhalimizi düşünərək bütün regionlarda dövlətin dəstəyi ilə azbest tərkibli şiferi fibro sement dam örtükləri ilə əvəz etməkdir.

 

Tikinti materialları sənayesində yeni dövr açan AFC-nin 2015-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir. Hazırda, layihə çərçivəsində ilkin inşaat işlərini icra edəcək təşkilatın müəyyən olunması üçün tender təklifləri dəyərləndirilir.

 

AFC layihəsinin imkanları ölkə iqtisadiyyatına mühüm töhfələr verəcəkdir. Dövlət başçısının 2014-cü ilin “Sənaye ili” elan etməsi Azərbaycan iqtisadiyyatının inkişafı yolunda atılmış növbəti uğurlu bir addımdır. Bu siyasətə sadiq qalaraq “Synergy Group” özünün biznesyönümlü və eyni zamanda sosial layihələri ilə Azərbaycan iqtisadiyyatındakı rolunu gücləndirir.  Diqqətinizə çatdıraq ki, Azərbaycanda fəaliyyət ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC-nin investisiya siyasətində prioritet sahə sənaye sektorudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR