Bank Of Baku

"Formula 1" ilə əlaqədar hərəkət sxemi dəyişdirilən 17 marşrut xətti mayın 1-dən əvvəlki rejimdə fəaliyyət göstərəcək

"Formula 1" ilə əlaqədar hərəkət sxemi dəyişdirilən 17 marşrut xətti mayın 1-dən əvvəlki rejimdə fəaliyyət göstərəcək
# 30 aprel 2018 08:14 (UTC +04:00)

"Formula 1" Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar 01.05.2018 tarixindən əvvəlki rejimdə fəaliyyət göstərəcək.

 

Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

BNA-dan bildirilib ki, fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar mayın 1-dən sərnişinlərə xidmət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR