Bank Of Baku

"Meliorasiya və Su Təsərrüfatı" Cocuq Mərcanlıda gördüyü işləri açıqlayıb

"Meliorasiya və Su Təsərrüfatı" Cocuq Mərcanlıda gördüyü işləri açıqlayıb
# 22 dekabr 2017 07:32 (UTC +04:00)

"Meliorasiya və Su Təsərrüfatı" ASC Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və orada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlayıb.


"APA-Economics" xəbər verir ki, bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.


Onun sözlərinə görə, geri qaytarılmış torpaqları suvarma suyu ilə təmin etməklə orada kənd təsərrüfatının inkişafına geniş imkanlar yaranıb: "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 400 hektar və həmin sahəyə bitişik Mirzənağılı kəndinin 280 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisi işləri tamamlanmaq üzrədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR