Bank Of Baku

"Nar"ın rəhbəri: "Mobil xidmətlərin qiymətləri çox münasibdir"

"Nar"ın rəhbəri: "Mobil xidmətlərin qiymətləri çox münasibdir"
# 06 dekabr 2017 14:14 (UTC +04:00)

"Gərək hər bir mobil operator xərclərinə nəzarət edə bilsin. Biz xərclərimizə optimallaşdırma yolu ilə qənaət edə bilirik".


"APA-Economics" xəbər verir ki, bunu "Nar" şirkətinin baş icraçı direktoru Qunnar Panke bildirib.
 

"Abunəçilər üçün sərfəli tariflər təklif edə bilən mobil operator kimi biz marketinq və satış üzrə xərclərimizə çox ciddi nəzarət edirik. Bazardakı mövcud vəziyyəti başa düşürük. Bizim belə iddiamız yoxdur ki, 5 milyon abunəçiyə xidmət göstərəcəyik. Ona görə, marektinqə bir o qədər pul yatırmırıq, reallığı başa düşürük. Bizim üçün əhəmiyyətli olan, əsas hədəfimiz mövcud abunəçilərimizə keyfiyyətli xidməti göstərə bilməkdir", - deyə Q.Panke vurğulayıb.


Baş icraçı direktor Azərbaycanda mobil operatorların abunəçilərə təklif etdiyi xidmətlər qarşılığında qoyulan qiymətlərə də toxunub: "Azərbaycanda mobil xidmətlərə görə olan qiymətlər, təklif olunan xidmətlər çox münasibdir. Dünya bazarında digər ölkələrdə təklif olunan qiymətlərlə müqayisədə ucuzdur. Lakin Azərbaycanda smartfon istifadəçilərinin sayı dünyanın digər ölkələri ilə müqayisədə azdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR