Bu ilin yanvar ayı ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 16,1 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 29%, sair nəqliyyat vasitələrinin istehsalı isə 67,1% azalıb.
Ay ərzində yük və minik avtomobillərinin, qoşqular və yarımqoşquların istehsalı olmayıb, bununla yanaşı 73 ədəd traktor istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 35,5%, qazlift quyu avadanlıqları və onların hissələrinin istehsalı 3,1 dəfə artıb.