Bank Of Baku

Qaradağ dəmir yolu stansiyasında yeni yoldəyişən quraşdırılır

 Qaradağ dəmir yolu stansiyasında yeni yoldəyişən quraşdırılır
# 06 fevral 2018 06:23 (UTC +04:00)

Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində aparılan əsaslı təmir çərçivəsində Qaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, bu, sayca 117-ci yeni yoldəyişəndir.

 

Prosesi 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.

 

5 saylı İDYM MMC-nin direktor müavini Şəmsəddin Talıbov bildirib ki, əvvəllər köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılıb və istismar müddətinin  az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyil: “Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq”.

 

Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR