«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Görüş zamanı Samur çayı üzərindən yeni körpünün tikintisi və köhnə körpünün təmiri ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq protokol imzalanıb.
Tədbirdə Azərbaycanda son illər ərzində əldə olunan nailiyyətlər, nəqliyyat-yol kompleksində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin, Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər, habelə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.