Bank Of Baku

ABŞ aparıcı İT şirkətlərinin nümayəndə heyəti Azərbaycana gələcək

ABŞ aparıcı İT şirkətlərinin nümayəndə heyəti Azərbaycana gələcək
# 31 iyul 2013 09:59 (UTC +04:00)

«APA-Economics»in USACC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində informasiya, kosmik texnologiyalar, kibertəhlükəsizlik, o cümlədən İKT sahəsi üzrə ixtisaslaşan ABŞ-ın aparıcı şirkətlərinin nümayəndələri yerli mütəxəssislərlə görüşəcək.

 

Bununla yanaşı, hökumət rəsmiləri və sənaye nümayəndələri ilə brifinq-görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Sözügedən səfər ABŞ şirkətlərinin Azərbaycanın İKT sektorunu araşdırmaq və yerli bazarla bilavasitə tanış olmaq məqsədi daşıyır.

 

«Azərbaycan və Xəzər regionunda biznes imkanları tədqiq edən mütəxəssislər yüksək səviyyəli hökumət tənzimləyiciləri, potensial tərəfdaşlar və distribüterlərlə danışıqlar aparmaq imkanı əldə edəcək. Eyni zamanda, Bakıda keçiriləcək «BakuTel 2013» 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində ABŞ-Azərbaycan biznes-forumu təşkil ediləcək. Missiya həmçinin sərgidə USACC stendində öz şirkət və məhsullarını nümayiş etmək imkanı əldə edəcək. Nümayəndə heyətinin tərkibinə ABŞ-ın aparıcı İKT şirkətinin 15-dən yuxarı nümayəndələri daxil olacaq», - deyə USACC-nin məlumatında bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR