Bank Of Baku

Astanada Transxəzər marşrutunun inkişafı müzakirə olunub

Astanada Transxəzər marşrutunun inkişafı müzakirə olunub
# 06 dekabr 2017 14:25 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Astana şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.


Bu barədə "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, yığıncaqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Qazaxıstan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşa respublikalarının dəmir yolu və dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyi İdarə Heyətində dəyişiklik edilməsi haqqında; Türkiyə Dövlət Dəmir Yollarının (Türkiyənin müvafiq dövlət orqanlarının razılığı əsasında) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin üzvlüyünə daxil edilməsi haqqında və digər məsələlər müzakirə olunub.


Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadəsi, dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR