Bank Of Baku

AZAL Bakı-Tbilisi aviareysinin sərnişinləri üçün aksiya keçirir

AZAL Bakı-Tbilisi aviareysinin sərnişinləri üçün aksiya keçirir
# 13 avqust 2013 13:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçan sərnişinlər üçün yeni kampaniya start verib.

 

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, aviaşirkət «Bakı-Tbilisi (və ya Tbilisi-Bakı) istiqamətində 2 bilet al və 3-cü bileti pulsuz əldə et!» aksiyasını elan edib. Bu aksiya cari ilin oktyabrın 26-dək qüvvədədir.

 

Hazırda Bakı-Tbilisi marşrutu üzrə bir aviabiletin minimal qiyməti 145 manatdır. Bakı-Tbilisi-Bakı marşrutu üzrə isə biletin minimal qiyməti 221 manat təşkil edir. İki bilet alan sərnişinlər 3-cü bilet qazanır və 3-cü aviabilet üçün yalnız vergilər və rüsumlar – yəni 83 manat ödənilir.

 

Qeyd edək ki, AZAL Bakı-Tbilisi-Bakı aviareysi üzrə uçuşları hər gün yerinə yetirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR