Bank Of Baku

AZAL bu il Gürcüstana 63 mindən çox sərnişin daşıyıb

AZAL bu il Gürcüstana 63 mindən çox sərnişin daşıyıb
# 17 oktyabr 2017 14:45 (UTC +04:00)

2017-ci ilin yanvar-sentyabr aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) Gürcüstana 63,853 min sərnişin daşıyıb.

APA-nın yerli bürosu Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadən xəbər verir ki, 9 ay ərzində AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib.

Hesabat dövründə qonşu ölkədə yerli və xarici aviaşirkətlər ümumilikdə 3 mln. 119,331 min sərnişinə xidmət göstərib. Daşınmış sərnişinlərin sayına görə “Türk Hava Yolları” (THY) aviaşirkəti birinci yerdə qalmaqdadır. Türkiyənin ən iri aviaşirkəti 9 ay ərzində Gürcüstana 350,706 min sərnişin daşıyıb. THY Gürcüstanın aviasiya bazarının 11%-nə nəzarət edir.

 

Gürcüstana daşınmış sərnişinlərin sayına görə ikinci yeri 298,964 min sərnişinlə Gürcüstanın “Airzena”, üçüncü yeri isə 240,055 min sərnişinlə Macarıstanın “WizzAir” aviaşirkəti tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR