Bank Of Baku

AZAL Gürcüstanın hava məkanından ən çox istifadə etmiş ikinci şirkətdir

AZAL Gürcüstanın hava məkanından ən çox istifadə etmiş ikinci şirkətdir
# 08 fevral 2018 14:28 (UTC +04:00)

2017-ci ildə Gürcüstanın hava məkanından ən çox istifadə etmiş aviaşirkətlər arasında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2-ci yeri tutub.

 

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində “Sakaeronavigatsia” MMC-yə istinadla xəbər verir ki, ötən il AZAL Gürcüstanın hava məkanından 7 371 dəfə keçib. Bu göstərici 2016-cı illə müqayisədə 6% çoxdur.

 

Gürcüstanın hava məkanından ötən il ən çox istifadə etmiş aviaşirkət “Türk Hava Yolları”dır (THY). THY 22 542 dəfə qonşu ölkənin hava məkanından istifadə edib. THY və AZAL-la yanaşı, ilk üçlükdə “Qatar Airways” şirkəti (5 464 dəfə) də yer alıb.

 

2017-ci ildə Gürcüstanın hava məkanında uçuşların sayı 2016-cı illə müqayisədə 13% artaraq 142 026 təşkil edib.

 

Qeyd edək ki, ötən il AZAL Gürcüstana 87 044 sərnişin daşıyıb. Bu göstərici 2016-cı illə müqayisədə 23 368 sərnişin və ya 36,6% çoxdur. Şirkətin Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edir.

 

Ötən ilin sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşlar AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkət tərəfindən həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR