Bank Of Baku

Azərbaycan «ITU Telecom World 2013» beynəlxalq sərgisinə hazırlaşır

Azərbaycan «ITU Telecom World 2013» beynəlxalq sərgisinə hazırlaşır
# 31 iyul 2013 07:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabrın 18-21-də Banqkokda (Tailand) Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) «ITU Telecom World 2013» sərgisi keçiriləcək.

 

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, hər il olduğu kimi, artıq Azərbaycan tərəfi də, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlayıb. 

 

Artıq 156 kv. metrlik ərazi kirayələnib, dizayn işlərinə başlanılıb. Sərgidə Azərbaycandan 50-yə yaxın şirkətin iştirakı planlaşdırılır.

 

Hazırda şirkətlərdən müvafiq məlumatlar toplanılır. Sentyabr ayınadək yekunlaşaraq, toplanan məlumatlar və görülən hazırlıq işləri əsasında yekun məruzə hazırlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR