“APA-nın “Boeing” şirkətinin saytına istinadən verdiyi məlumata görə, sifarişin ümumi dəyəri 704 milyon dollar təşkil edir. Bununla bağlı danışan “Boeing” şirkətinin Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya üzrə vitse-prezidenti Marti Bentrot bildirib ki, “Silk Way Airlines” tərəfindən məhz bu təyyarələrin seçilməsindən məmnunluq hissi keçirir.
AZAL prezidenti Cahangir Əsgərov isə deyib ki, Azərbaycan hökumətinin məqsədlərindən biri Bakını vacib nəqliyyat mərkəzinə çevirməkdir. Onun sözlərinə görə, yeni təyyarələrin alınması hökumətin bu məqsədlərə çatmağa və "Silk Way Airlines”ın imkanlarını artırmağa kömək edəcək.
Qeyd edək ki, yeni “Boeing 747-8” təyyarələri istismar xərclərinin az olması və yüksək göstəricilərə malik olması ilə seçilir. Bu günə kimi şirkət 36 ədəd “Boeing 747-8” təyyarələri istehsal edib. Hazırda “Silk Way Airlines” iki ədəd “Boeing 747-400” və üç ədəd “Boeing 767-300” yük təyyarələri istismar edir.