Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülən işlərin davamı kimi, artıq «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramı», «Elektron hökumət» portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı» və «İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin «Elektron hökumət» portalına qoşulması üçün texniki tələblər»in layihələri hazırlanıb.
Aidiyyəti qurumlarla razılaşdırılan bu sənədlər artıq Nazirlər Kabinetinə təqdim olunub.