Bank Of Baku

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə poçt əlaqələrini genişləndirir

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə poçt əlaqələrini genişləndirir
# 29 iyul 2013 15:42 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin Qazaxıstan Poçtu ilə birgə həyata keçirdiyi Təcili Elektron Pulköçürmələri sistemi üzrə  sınaq testi müvəffəqiyyətlə başa çatıb. Yaxın zamanlarda sistem işə düşəcək. 

 

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi artıq Özbəkistan Poçtu ilə də testlərə başlanılıb. 

 

Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə STEFI sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.

 

Bu gün «Azərpoçt» tərəfindən pulköçürmələri üzrə əməliyyatlar sürətli və bank pulköçürmələri sistemi vasitəsilə icra edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR