Bank Of Baku

Azərbaycan nəqliyyatçılarının orta aylıq əmək haqqı açıqlanıb

Azərbaycan nəqliyyatçılarının orta aylıq əmək haqqı açıqlanıb
# 07 noyabr 2014 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin doqquz ayında Azərbaycanda nəqliyyat müəssisələrində işləyən 74,5 min muzdlu işçinin 72,2%-i dövlət müəssisələrində, 27,8%-i özəl bölmədə çalışıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, işçilərin 51,2%-i yerüstü və boru kəməri, 12,3%-i su, 16,1%-i hava nəqliyyatı, 20,4%i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

 

2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 1,7% artaraq 538,9 manat olub, bu göstərici hava nəqliyyatında 786,2 manat, dəniz nəqliyyatında 736,8 manat, metro nəqliyyatında 587,2 manat, avtomobil nəqliyyatında 530,7 manat, dəmir yolu nəqliyyatında isə 254,9 manat təşkil edib.

 

Əmək haqqı metro nəqliyyatında 10,8%, avtomobil nəqliyyatında 6,8%, dəmir yolu nəqliyyatında 5,2%, dəniz nəqliyyatında isə 1,1% artıb.

 

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,1 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 10,2% artaraq 736,7 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR