Bank Of Baku

Prezident: “Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacaq” - YENİLƏNİB

Prezident: “Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacaq” - <span style="color: red;">YENİLƏNİB
# 10 yanvar 2018 19:12 (UTC +04:00)

“Bu il Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisələr gözlənilir. TANAP layihəsinin istifadəyə verilməsi gözlənilir. Nəqliyyat sahəsində Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması nəzərdə tutulur. Mən dünən limanda olmuşam. Biz Ro-Ro terminalının açılışını qeyd etdik. Orada işlərin böyük əksəriyyəti demək olar ki, görülüb. Liman indi fəaliyyət göstərir. Əminəm ki, liman bu ilin birinci yarısında istifadəyə veriləcək”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacaq: “Bu limanın birinci mərhələdə yükaşırma qabiliyyəti 15 milyon ton yük və 100 min konteynerdir. Gələcəkdə tələbat artdıqca biz qısa müddət ərzində və o qədər də böyük olmayan vəsaitlə limanı 50 faiz, 70 faiz genişləndirə bilərik. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacaq. Demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin birinci ili olacaq. Mən qeyd etmişəm ki, bu yola böyük maraq var və artıq Bakı-Tbilisi-Qars Avrasiyanın nəqliyyat xəritəsini təzələyib və Azərbaycan bu sahəyə öz töhfəsini verib”.

 

Prezident qeyd edib ki Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işlər görülüb: “Ancaq biz böyük yüklər gözləyirik ki, bu yolla daşınacaq. Ona görə, mövcud olan dəmir yolu daha da yaxşı vəziyyətə gətirilməlidir. Yəni, dəmir yolunun sürəti artmalıdır. Bu məqsədlə biz Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görməliyik. Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması məsələsi əksini tapıb. Bunu biz başlayırıq. Eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq. Yəni, texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunun həm turizm üçün böyük əhəmiyyəti olacaq, çünki sahilin böyük hissəsi indi dəmir yolu infrastrukturu ilə zəbt edilib, eyni zamanda, mövcud yolla istədiyimiz qədər yükləri daşımaq mümkün olmayacaq. Bu, önəmli layihədir. Turizmin inkişafı üçün bir layihəni də biz dövlət investisiya proqramına salmışıq. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Beləliklə, Qəbələ şəhərinə dəmir yolunun çəkilişi təmin ediləcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək”.

 

***

 

17:43

 

“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək”. 
 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. 
 

Dövlət başçısı deyib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: “Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təşkil ediləcək”.
 

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bütün bunları nəzərə alaraq, 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan edirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR