“APA-Economics”in məlumatına görə, dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi və Külüllü su mənbəyi haqqında prezidentə məlumat verib.
Diqqətə çatdırılıb ki, 6 min abunəçinin 1550-si xəttə qoşulub, smartkart tipli ön ödənişli sayğac quraşdırılıb. Kürdəmir şəhərində inşası nəzərdə tutulan 114,6 kilometrlik kanalizasiya şəbəkəsinin 22 kilometrlik hissəsi tikilib. Eyni zamanda, şəhərdə toplanacaq tullantı sularının çirkab sutəmizləyici qurğuya özaxımlı rejimdə ötürülməsini təmin etmək üçün 6,3 kilometr uzunluğunda mikrotunel tipli kollektorun inşası və sutkalıq məhsuldarlığı 30 min kubmetr olacaq çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihənin icrasının 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
Məlumat verildi ki, Külüllü mənbəyi Kürdəmir şəhəri ilə yanaşı, Zərdab və Ucar şəhərlərini, həmçinin ətraf kəndləri də içməli su ilə təmin edəcək. Layihəyə uyğun olaraq Külüllüdən Kürdəmir şəhərinə 27, Zərdab şəhərinə 72, Ucar şəhərinə isə 57 kilometr uzunluğunda magistral su kəmərləri çəkilib. Layihə tam yekunlaşdıqdan sonra Ucar rayonunun 22, Kürdəmir rayonunun 14, Zərdab rayonunun 15, Ağsu rayonunun 13 və Göyçay rayonunun 3 kəndi də su ilə təmin olunacaq. Ümumilikdə layihədən 170 mindən artıq insan faydalanacaq. Külüllü mənbəyindən 2 kilometr cənubda yerləşən suqəbuledici və paylayıcı anbarların S
Sonra dövlət başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basıb.